Bəzi şəhid ailələrinin 11 min manatlıq yardımla bağlı narazılığına münasibət
07:20 15.10.2018
Arxiv
592
"Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb".
Bunu "Sherg.az"a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bəzi şəhid ailələrinin narazılığına münasibət bildirərkən deyib.
O bildirib ki, əgər nazirliyin saytında "BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində axtarış zamanı birdəfəlik müavinət almaq hüququnun olmadığı barədə məlumat çıxırsa, demək, onun ailə üzvləri birdəfəlik ödəniş alıblar: "Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib. Bu səbəbdən də həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra birdəfəlik ödəməni almaq hüquqü olmayan bir neçə hərbi qulluqçuların qohumları buna etiraz ediblər.
Narazı olan şəxslər hər iki quruma, həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həm də Dövlər Sığorta Kommersiya Şirkətinə müraciət edə bilərlər. Şikayətlər araşdırılacaq".
Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur