Biləsuvarda silsilə oğurluq edən şəxslər yaxalanıb
12:28 16.01.2016
Arxiv
512
Biləsuvarda silsilə oğurluarda şübhəli bilinən şəxslər yaxalanıb.
Bu barədə məlumatı APA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Elşən Mustafayev verib. Onun sözlərinə görə, rayon sakini Cəmil Kazımov polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq edildiyini və daha sonra isə yandırıldığını bildirib. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəhmədabad kənd sakinləri Elsevər Tahir oğlu Rzazadə və Heydər Müslüm oğlu Qasımlı şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar.
İlkin araşdırmalardan məlum olub ki, saxlanılan şəxslər ötən il dekabrın 23-də Cəmil Kazımova məxsus ərzaq mağazasına daxil olaraq oradan 5200 manat dəyərində ərzaq məhsulları oğurlayıblar. Onlar həmçinin izi itirmək məqsədilə mağazaya od vuraraq yandırmaqla mağaza sahibinə 15 min manat maddi ziyan vurublar. Bundan başqa, Elsevər Rzazadə və Heydər Qasımlının müxtəlif vaxtlarda da oğurluq etdikləri üzə çıxıb.
Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət