Bir gecədə 11 maşını yardı - iki ay əvvəl tutulmuşdu...
07:27 08.04.2019
Arxiv
472
Xətai rayonunda sutkanın qaranlıq saatlarında avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib. Saxlanılan şəxsin ətrafında 37-ci Polis Şöbəsində araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. N.Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib.
Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri avtomobillərin salonlarından əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar. Onlar şüşəsi sındırılan nəqliyyat vasitələrinin birinin salonundan isə 1000 manat ələ keçiriblər. Dəstə üzvləri bir neçə gün əvvəl də Xətai rayonun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.
Faktla bağlı 37-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya