Bir gecədə 2 zəlzələ - Binalar uçdu, 4 nəfər yaralandı




Albaniyada bir gecədə iki dəfə zəlzələ baş verib.

"Qafqazinfo” "Reuters” agentliyinə istinadən xəbər verir ki, əvvəlcə ölkənin cənub-şərq hissəsi silkələnib. Burada zəlzələnin gücü 5,3 bal olub. 7 dəqiqə sonra isə təkanlar Yunanıstanla Şimali Makedoniya ilə sərhəd ərazilərdə hiss olunub.

Hadisə nəticəsində yüzlərlə binaya ziyan dəyib, 4 nəfər xəsarət alıb. 50 ailə təhlükəli ərazilərdən evakuasiya olunub.