" "Bir millət iki dövlət” düsturu ilə yaşayan xalqlarıq" - Asim Mollazadə




"Türkiyə-Azərbaycan münasibətləri hər zaman çoxşaxəli olub”.

Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Bakıya reallaşacaq səfərindən danışarkən millət vəkili Asim Mollazadə deyib. 

O bildirib ki, Türkiyə və Azərbaycan prezidentləri siyasi, təhlükəsizlik məsələləri, böyük beynəlxalq layihələr və s. ətrafında fikir mübadiləsi aparacaq:

"Azərbaycan və Türkiyə bütün bu sahələrdə sıx bağlıdır. "Bir millət iki dövlət” düsturu ilə yaşayan xalqlarıq. Bizim böyük məsuliyyətimiz var. Öz mədəni dəyərlərimizi dünyaya çatdırmalı, bu sədə əməkdaşlıq etməliyik.

Hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında hazırda böyük əməkdaşlıqlar gündəm mövzusudur”.

Qeyd edək ki, prezidentin səfərinin sentyabrın 10-11-də baş tutacağı gözlənilir.

Aysel Aslan