Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasındakı danışıqlara münasibət bildirib.

Sherg.az xəbər verir ki, Putin jurnalistlərə açıqlamasında Si Cinpini Trampa görə qısqanmadığını deyib və siyasətdə belə yanaşmanın qəbuledilməz olduğunu vurğulayıb.

Rusiya lideri Vaşinqtonla Pekin arasında danışıqları alqışladıqlarını bildirib. Onun sözlərinə görə, ABŞ və Çin arasında əldə olunacaq razılaşmalar bütün dünyaya təsir göstərəcək.

Xatırladaq ki, Donald Tramp da Si Cinpinin Vaşinqtona səfəri zamanı ABŞ və Çin münasibətlərinin inkişafı istiqamətində böyük irəliləyiş əldə edildiyini bildirmişdi.