Biz cənub ölkəsiyik
09:45 14.11.2018
Arxiv
682
Buna görə də infeksiyalar özünü ağır şəkildə büruzə vermir
Rusiyada, eləcə də bir sıra Avropa ölkələrində əhali arasında kəskin respirator virus infeksiyaları və qripin yayılmasının qarşısını almaq üçün payız-qış mövsümü ərəfəsində insanlar qripə qarşı pulsuz peyvənd edilirlər. Qonşu Gürcüstanda isə əhalinin risk qrupuna daxil olan müəyyən təbəqəsi - 18 yaşadək uşaqlar, xroniki xəstələr, sığınacaqlarda yaşayan yaşlı insanlar qripə qarşı pulsuz peyvənd olunur. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard məlumat verib.
Həkimin sözlərinə görə, Azərbaycanda qripə qarşı epidemioloji vəziyyət icazə verilən həddi keçmədiyi üçün qripə qarşı peyvəndin milli peyvənd təqviminə daxil edilməsi (milli peyvənd təqviminə daxil olan peyvəndlər məcburi qaydada və pulsuz həyata keçirilir) məqsədəuyğun sayılmır.
Epidemioloq bildirib ki, Azərbaycanda apteklərdə vaksinlərin satılmasına icazə verilmir: "Çünki vaksinlərin xüsusi saxlanılma qaydaları var, "soyuq zəncir" prinsiplərinə riayət olunmalıdır. Vaksinlər istehsalçıdan peyvənd olunan şəxsə qədər yalnız soyuducu rejimi gözləmək şərtilə saxlanılmalıdır. Peyvənd yalnız tibb müəssisələrində vurulmalıdır. Onlar "soyuq zəncir" rejiminə riayət edilmək şərtilə həmin müəssisələrə çatdırılır".
Ölkəmizdə qrip və digər infeksiyalara qarşı peyvəndlərin vurulmasına ehtiyac olmadığını deyən həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq”ə bildirib ki, Azərbaycan cənub ölkəsi olduğu üçün infeksiyalar özünü ağır şəkildə büruzə vermir:
"Son illər dünyada "Quş qripi"ndən tutmuş "Donuz qripi"nə kimi təhlükəli viruslar yayılmaqdadır. Ölkəmizin iqlim şəraiti elədir ki, ağır və təhlükəli infeksiyalar yayılmır. Bu barədə hər il Səhiyyə Nazirliyində müəyyən məsləhətlər olur. Ona görə də xərc çəkib peyvəndlər etməyə ehtiyac yoxdur.
Rusiya ilə Azərbaycanı müqayisə edə bilmərik. Moskva kimi meqapolis şəhəri epidemiya bürüsə, görün nələr olar. Bizdə isə o dərəcədə ağır infeksiyalar olmur. Bildiyiniz kimi, 11 yaşa qədər uşaqlara profilaktik peyvəndlər vurulur. Bunlar göy öskürək, difteriya, tetanus və ya digər peyvəndlərdir. Bu peyvəndlər dünyanın hər yerində olduğu kimi ölkəmizdə də var. Lakin hazırkı durumda Azərbaycanda qrip əleyhinə təcili vaksinlərə ehtiyac yoxdur” .
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm