"...Biz düşmən qarşısında susub, geri çəkiləcək xalq deyilik"
13:04 27.06.2018
Arxiv
578
Nizami Cəfərov:"Müasir silahlarla silahlanmış, texniki imkanları yüksək olan, kadr hazırlığı lazımi səviyyədə formalaşmış ordu öz ölkəsini müdafiə etməyə, işğal altındakı torpaqlarımızı qaytarmağa qadirdir"
"Ötən gün keçirilən hərbi parad tarixi hadisə kimi yadda qaldı”.
Bunu "Sherg.az”a Azərbaycan ordusunun 100 illiyi münasibətilə təşkil olunan hərbi paradın əvvəlki paradlardan fərqini izah edərkən millət vəkili Nizami Cəfərov söyləyib.
O bildirib ki, parad sayəsində bütün xalq silahlı qüvvələrimizin 100 ildə hansı tarixi keçdiyini yada saldı:
"Nəticə olaraq, silahlı qüvvələrimizin səviyyəsini müqayisə etdikdə bu gün ordumuzun nə qədər güclü olduğunu müşahidə edirik. Müasir silahlarla silahlanmış, texniki imkanları yüksək olan, kadr hazırlığı lazımi səviyyədə formalaşmış ordu öz ölkəsini müdafiə etməyə, işğal altındakı torpaqlarımızı qaytarmağa qadirdir.
Azərbaycan dünyaya göstərdi ki, biz düşmən qarşısında susub, geri çəkiləcək xalq deyilik. Əsgərlərimizin, zabitlərimizin hazırlıq səviyyəsi, quru və hava hərbi qüvvələri, dəniz qoşunları bütün rəngarəngliyi ilə nümayiş olundu.
Müstəqilliyin ilk illərində həm ordunun hazırlığında, həm də hərbi texniki təchizatında problemlər var idi. Bir ölkənin iqtisadi potensialı, gəlirləri yüksək olduqca, hərbi gücü də artır. Azərbaycanın da iqtisadi inkişafı yüksəldikcə, problemlər aradan qalxdı, güclü silahlı qüvvələrimiz formalaşdı.
Ordumuz artıq işğal altındakı ərazilərimizi azad etmək üçün əhəmiyyətli həmlələr həyata keçirdi. Bir müddət əvvəl Şərur rayonunun Günnüt kəndinin azad olunması da möhtəşəm paradı daha da əhəmiyyətli etdi. Bu aprel döyüşlərindən sonra Azərbaycan ordusunun növbəti böyük uğuru idi. Ona görə, hər bir Azərbaycan vətəndaşında milli qürur böyüdü”.
Qeyd edək ki, paradda çıxış edən, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan ordusunun gücündən, yüksək hərbi hazırlığından danışıb. Prezident vurğulayıb ki, Azərbaycan Silahlı qüvvələri düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir: "Bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir. Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat