"Bizim öz tərzimiz və taktikamız var. Bu tərzimiz sərt oynamaqdan ibarətdir"

"İsrail komandasına qarşı ən yaxşı oyunumuzu oynamadıq. Amma qələbə qazandıq. Bu bizim üçün mühümdür və bundan məmnunuq. Komandamızdakı basketbolçulardan biri zədələndi. Biz bu qələbəmizi ona həsr edirik. O da bizimlə sona qədər yarışda oynamaq istərdi. Oyunda belə şeylər baş verir. Ona hər birimiz böyük dəstək verməliyik. Amma hazırda qələbəni qeyd etməyin zamanı deyil. Çünki önümüzdə İspaniya kimi vacib və çətin oyun gözləyir”. Bunu jurnalistlərə açıqlamasında birinci Avropa Oyunlarının 3x3 basketbol növü üzrə yarışlarında kişilərdən ibarət milli komandamızın 15 nömrəli üzvü Marşal Mozes deyib. O bildirib ki, artıq İspaniya oyununa hazırlaşacağıq. Bizim öz tərzimiz və taktikamız var. Bu tərzimiz sərt oynamaqdan ibarətdir. Bu tərzdən kənara çıxmaq fikrimiz yoxdur. Çünki bu 3x3 basketboldur. Burada fiziki cəhətdən güclü olmalısan. Biz də İspaniya üzərində qələbə qazanıb bu qalibiyyəti Azərbaycana həsr etmək istəyirik”.
Qeyd edək ki, ayağı sınaraq növbəti oyunları buraxmaq məcburiyyətində basketbolçumuz Amil Hacıyevin bugün ad günüdür. Onun 26 yaşı tamam olur
Vüqar Şahinoğlu