BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib - Fotolar
13:59 17.07.2019
Arxiv
722
Abşeron Rayon İcra Hakimiyyəti və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Abşeron rayonu Heydər Əliyev mərkəzində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarı” mövzusunda BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib.
Memarlıq və İnşaat kafedrasının təşkil etdiyi sərginin açılış tədbirində universitet əməkdaşları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova,Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkili Musa Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, rayon, təhsil, mədəniyyət, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ümummilli liderin abidəsinin önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra qonaqlar Bakı Mühəndislik Universitetinin Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qonaqları sərgi ilə tanış edən Memarlıq və İnşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov sərgini BMU-da olan mühitin, əsasən də tələbə–müəllim münasibətinin bəhrəsi kimi xarakterizə edib. İnkişafımızın təməl prinsipləri kontekstində sərgidə Memarlıq və İnşaat kafedrasının müəllimlərinin və tələbələrinin yaradıcılıq işləri nümayiş olunub. Sərgi əsasən memarlıq layihələndirilməsi və onun əsasları, dizaynın əsasları, kompüter qrafikası, rəsm və rəngkarlıq sahələri üzrə təşkil olunub. Daha sonra mərkəzin iclas salonunda keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ulu öndərin Azərbaycanda rəhbərliyinin 50 illiyi ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə daim Azərbaycan xalqına xidmət edib və müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Daha sonra çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyi ilə bağlı geniş çıxış edib. Bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bu gün də Ulu öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir, yeni innovativ texnologiyalı istehsalat müəssisələri açılır. Universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına önəm verildiyini diqqətə çatdıran rektor əlavə edib ki, digər universitetlərdən fərqli olaraq, Bakı Mühəndislik Universitetində Memarlıq, Şəhərsalma və Dizayn ixtisasları üzrə tələbələr qabiliyyət imtahanı vermədən universitetə qəbul olunurlar. Buna baxmayaraq, müəllimlərin zəhməti nəticəsində əldə olunmuş nailiyyətlər təşkil olunan sərgidə öz əksini tapıb. Tədbirdə çıxış edən digər natiqlər də Ümumilli liderin şəxsi keyfiyyətlərindən və Azərbaycan xalqına göstərdiyi xidmətlərindən söz açıblar. Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş sərginin təşkilində iştirak edən tələbələrə Fəxri fərmanlar təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya