Bolqarıstanda polis qumbarası partlayıb: 3 uşaq yaralanıb





Bolqarıstanda qumbaranın partlaması nəticəsində 3 uşaq yaralanıb.

Trend-in məlumatına görə, hadisə Silistra stadionunda baş verib. Polis əməkdaşları "Hello, holiday" uşaq proqramı çərçivəsində cinayətkarın saxlanılmasını nümayiş etdirərkən qumbara partlayıb. Tədbird ümumilikdə 300 uşaq olub.

Yaralanan uşaqların 6 yaşı var. Onlar nümayişdən 50 metr məsafədə olublar. İki oğlan uşağı topa yanığı xəsarətləri alıb. Onlara yerində tibbi yardım göstərilib.

Digər yaralanan – qız uşağı isə təxminən 10-20% dərəcəsində bədən yanıqları xəsarəti alıb. O, Ruse şəhərinin xəstəxanası çatdırılıb.