Bolqarıstandan gəlib: Balıqçılar bu dəfə “su meymunu” tutdu





Edirnənin Yenikarpuzlu kəndində balıqçılar, balıq ovlmaq üçün getdikləri anbarda 6 kilo ağırlığında canlı "su meymunu" tutdular.
Balıqçı Erkan Engin, ovlamaq üçün getdikləri Karpızlı anbarında siçana bənzəyən su meymununun onlara hücum etdiyini söyləyib. Təxminən 75 santimetr uzunluğunda və 6 kilo ağırlığında olan su meymununu təsirsiz hala gətirdiklərini deyən Engin, "İlk dəfə canlı olaraq gördük. Bizə hücum etdi, biz də təsirsiz hala gətirdik. Siçana bənzəyir və ondan daha böyükdür. Araşdırmaq istəyən səlahiyyətlilər varsa heyvanı onları vermək istəyirik" deqib.

Bolqarıstandakı yetişdirmə fermalarından qaçaraq Meriç ilə Tunca çayından keçərək Edirnəyə qədər gəldiyi sanılan Cənub Afrika mənşəli ‘su meymunu' daha əvvəl Edirnədə 2 dəfə ölü halda tapılmış, bir dəfə də canlı tutulmuşdu. Kürkləri üçün yetişdirilən heyvanlar Trakya və Kırklareli Universiteti biologiya fakültəsində araşdırmağa alınmışdı.