
“Bu idman bayramına yüksək səviyyədə hazırlaşmışdıq və nəticə göz qabağındadır”
11:12 30.05.2019
Arxiv
668
"Futbol bayramı ərəfəsində siyasi spekulyasiya ilə məşğul olanlar acı məğlubiyyətə uğradılar”
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, "Arsenal” futboldan daha çox siyasi spekulyasiya ilə məşğul olduğu üçün məğlubiyyətə düçar oldu:
"Hər sahənin peşəkarı gərək öz sahəsiylə məşğul olsun. Futbolu siyasiləşdirmək istəyənlər nəticə etibarilə həm professionalı olmadıqları siyasət sahəsində, həm də öz professional fəaliyyətləri olan futbolda məğlubiyyətə düçar oldular.

Düşünürəm ki, burada ilahi ədalət və məntiq var. "Arsenal” final görüşünə hazırlaşmaq əvəzinə, başqa işlərlə məşğul oldu və futbol yaddan çıxdı. Ona görə də məğlubiyyətə uğradı. Əlbəttə, oyunu maraqlı adlandıra bilərik, amma bu, bütovlükdə 90 dəqiqəlik oyunun cəmi 15-20 dəqiqəsinə aiddir. Hər şey bu dəqiqələrdə həll olundu. Ancaq bununla belə ən çox yadda qalan həm də ölkəmizin final oyununa çox yüksək səviyyədə hazırlaşması idi. Bakı Olimpiya Stadionu möhtəşəm görünüşü ilə, azarkeşlərin yüksək mədəniyyəti və təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycanın mötəbər oyunu nə qədər yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü:
"Azərbaycan bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığını bir daha göstərdi. Final görüşü ərəfəsində təhlükəsizlik məsələri və Mxitaryanla bağlı futboldan kənar yaradılan spekulyasiya sabun köpüyü idi. Ona görə də final oyunundan dərhal ondan sonra dağıldı. Çünki Azərbaycanda yüksək təhlükəsizlik tədbirləri görülmüşdü. Biz idman bayramına yüksək səviyyədə hazırlaşmışdıq və nəticə göz qabağındadır. Düşünürəm ki, bu, Azərbaycanın uğuru, nailiyyətidir . Eyni zamanda ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların məğlubiyyətidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm