"... Bu istidə işçilərin taleyi sahibkarların insafına qalacaq" - Monitorinq aparılmalıdır
11:00 29.06.2018
Arxiv
693
"Bir neçə il əvvəl anomal istilərlə əlaqədar açıq havada işlərin dayandırılması xəbərdarlığı ediləndə məlum oldu ki, heç də bütün müəssisələr bu qadağalara əməl etmirlər”.
Bunu "Sherg.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürənlərə müraciət etməsindən danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli söyləyib. Onun sözlərinə görə, aidiyyəti qurumlar xəbərdarlıq etməklə yanaşı bu sahədə effektiv monitorinq təşkil etməlidirlər:
"Yaxşı olar ki, bununla bağlı "qaynar xətt” yaradılsın və pozuntu halları baş verərsə, ora müraciət olunsun. Müvafiq standartlara əməl etməyən müəssisələr haqqında ölçü götürülməli, müxtəlif cərimələr tətbiq olunmalıdır. Təbliğat vasitəsi olaraq, dövlət televiziyasında və digər telekanallarda əhalinin maarifləndirilməsi işi aparılmalıdır.
Sahibkarların qəsdən sıxışdırılması fikri ilə deyil, insanların hüquqlarının pozulması halları ilə bağlı monitorinqlər təşkil edilməlidir. Bu, işəgötürənlərin daha məsuliyyətli olması üçün vacibdir. Bütün bu proseduralar həyata keçirilməsə, vətəndaşların anomal istilər şəraitində çalışmalara cəlb edilib-edilməməsi sahibkarların insafına qalacaq. Amma bu zaman da problemlər yarandığını dəfələrlə müşahidə etmişik”.
Qeyd edək ki, ƏƏSMN-nin açıqlamasına görə, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət