"Bu qanlı əməllər danışıqlar prosesinə zərbə vurub" - XİN başçısı
15:39 03.06.2019
Arxiv
597
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Toivo Klaar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti, o cümlədən, xarici işlər nazirlərinin Moskva görüşü haqqında məlumat verib. Daha sonra Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin törətdiyi növbəti təxribatı və Azərbaycan hərbi qulluqçusunun Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olduğunu qarşı tərəfin diqqətinə çatdırdı və bu qanlı əməllərin danışıqlar prosesinə zərbə vurduğunu qeyd edib.
Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən Nazir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb.
Öz növbəsində, Toivo Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini təsdiqləyib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu qeyd edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol