Bu yay çox isti olacaq - ETSN-DƏN XƏBƏRDARLIQ
14:51 04.06.2019
Arxiv
711
"İyun ayının ilk günlərindən ölkə ərazisində hava şəraiti isti keçir, çoxillik norma göstəriciləri ilə müqayisədə havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir".
"Sherg.az"ın xəbərinə görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, keçən ilin iyun ayının ilk günlərində Bakıda havanın temperaturu 24-25 dərəcə təşkil edirdi: "Bu ilin iyun ayında isə keçən illə müqayisədə temperatur 8-10 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur. Həftənin sonuna qədər hava şəraitində ciddi dəyişiklik olmayacaq və temperatur yüksək olacaq".
U.Tağıyeva qeyd edib ki, iyun ayında müşahidə edilən temperatur göstəriciləri daha çox iyul-avqust ayları üçün səciyyəvidir: "İyun ayı üçün verilən proqnozda qeyd edilmişdi ki, bu ay həmişəkindən isti olacaq. Son illərdə hər il yüksək temperatur göstəriciləri iyul-avqust aylarında müşahidə olunub. Ona görə həm iyul, həm də avqust ayında temperaturun ayrı-ayrı dövrlərdə 40 dərəcədən yüksək olacağı dagözlənilir".
U.Tağıyeva yüksək temperaturunqonşu ölkələrdə də müşahidə edildiyini deyib:
"İyun ayının ilk günlərindən dayanıqlı cənub axınları ölkə yerləşdiyi regionda temperaturun yüksəlməsinə səbəb olub".
Mütəxəssis müşahidə olunan yüksək temperatura görə dəniz suyunun temperaturu barədə məlumatların da artıq verildiyini qeyd edib: "Adətən, çimərlik mövsümü ilə bağlı dəniz suyunun temperaturu barədə məlumat iyunun 15-dən verilir. Lakin anormal isti hava şəraiti ilə əlaqədar dəniz suyu ilə bağlı açıqlama iyunun ilk gününə təsadüf etdi. Bu da insanların vaxtından əvvəl çimərliklərə üz tutmasına səbəb olur".
Departament direktoru isti hava şəraiti ilə bağlı tövsiyə edib:
"Ən yüksək temperatur 11:00-dan 17:00-a qədər müşahidə edilir. Bu müddət ərzində günəş şüalarının birbaşa təsiri altında olmaq xüsusilə uşaqlar üçün təhlükəlidir. Ona görə insanları, xüsusilə yaşlı şəxsləri ehtiyatlı olmağa çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya