Büdcəsi 410 milyon dollardır: Kino tarixinin ən bahalı filmi çəkilir





"Betmən Supermənə qarşı” filmi film sənayesi tarixinin indiyədək çəkilən ən bahalı filmi olacaq.

Axar.az "Lenta”ya istinadən xəbər verir ki, filmin büdcəsi 410 milyon dollardır. "Betmen Supermenə qarşı” filminin 2016-cı ilin yazında izləyicilərə təqdim olunacağı gözlənilir.

Xatırladaq ki, bu günə qədər çəkilmiş ən bahalı film 341 milyon dollara başa gələn "Qəraib dənizinin quldurları: dünyanın sonu” filmidir.