Burada vergi də, dövlət də, avtomobil də yox! - Fotolar

Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Christiania, 1971-ci ildə sənətçilər və hippilər tərəfindən ələ keçirilmişdi. Tərk edilmiş hərbi qışlaqlara yerləşən qəsəbəlilər öz hökumətini özləri quraraq xüsusi qaydalar təyin etmişlər. Christiania, insanların divarların üzərinə istədikləri rəngləmə işləri  apardığı, öz evlərini qurduğu və özlərinə aid qanunlarla yaşadığı azad ruhlu bir qəsəbədir. Əvvəllər Danimarka hökuməti qəsəbəni bağlamağı və yaşayanları bölgədən uzaqlaşdırmağı sınamış, amma xalqın təzyiqi ilə geri çəkilməyə məcbur olmuşdu.Christiania hazırda təxminən 850 nəfər əhalisi və 34 hektar sahəi olan  bir məhəllərdi. Özlərini digər dövlətlərdən ayrı tutan xüsusi bir bayrağı və Løn adında bir pul vahidi var. Qəsəbəyə girən zaman  "İndi  Avropa Birliyi torpaqlarından ayrılırsınız" yazılmış  bir löhvə ilə  qarşılaşırsınız.
Buranın vətəndaşları vergi ödəmək məcburiyyətində deyil, dar küçələri səbəbiylə çöldə avtomobil istifadəsi də qadağandı. Christiania haqqında başqa maraqlı məlumatlar da var. Məsələn küçələrdə qaçmaq qadağandı. Çünki qaçmaq burada şəhər işğal altındadır mənasına gəlir. 
Bölgə xalqa açıq olduğundan öz təhlükəsizlikləri üçün, video və şəkil çəkilişləri tövsiyə edilmir.