Buraxılış imtahanlarının cavabı 3 günə bəlli olacaq





Ötən gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildrildi ki, imtahanların cavabları yaxın 3 gün ərzində élan olunacaq.

Qeyd edək ki, iyunun 21-də keçirilən buraxılış imtahanlarında ümumilikdə 64800 şagird imtahan verib.