Bütün ölkəyə prezident nəzarət edəcək
08:00 28.06.2018
Arxiv
443
Türkiyədə yeni siyasi sistem yaradılır
İyunun 24-də Türkiyədə keçirilən seçkilər növbəti dəfə Ərdoğan və AKP iqtidarının zəfəri ilə yekunlaşdı. Ərdoğan 52 faizdən artıq səs toplamaqla yeni sistem əsasında seçilən ilk prezident oldu. AKP isə müttəfiqi MHP ilə birlikdə parlamentdə 53 faizlik səsə yiyələndi. Ötən il Konstitusiyaya edilən dəyişikliklərə görə, prezidentə daha artıq səlahiyyətlər veriləcək. İdarəçilik sistemi prezidentin təqdimatı əsasında parlamentin təsdiq etməsi ilə formalaşacaq.
Qərarnamələr isə prezident tərəfindən təqdim olunacaq və parlament tərəfindən təsdiq ediləcək. Baş nazirin səlahiyyətlərinin bir qismi də prezidentə keçəcək. Ekspertlərə görə, yeni sistem prezidentin daha çox manevr imkanları əldə etməsinə səbəb olacaq və idarəetmədə çevik və mobil bir sistemin tətbiq edilməsinə şərait yaradacaq. Türkiyə iqtidarının bundan nə qədər bəhrələnəcəyini isə zaman göstərəcək. Analitiklər xatırladıblar ki, parlament üsul-idarəsində Türkiyə siyasi sistemi koalision hökumət böhranları yaşayıb. Bu böhranlar isə öz növbəsində iqtisadi problemlərin yaşanmasına səbəb olurdu. Amma prezident üsul-idarəsi müəyyən mənada böhranları aradan qaldıracaq.
Bu barədə "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Türkiyədə baş verənlər yeni siyasi sistemin yaradılmasının xəbərçisidir. Ekspertin sözlərinə görə, ilk növbədə dəyişiklikdən sonra Türkiyədə baş nazir postu ləğv olunacaq və mərkəzi icra hakimiyyətinin başçısı prezident olacaq:
"Prezident həm dövlət başçısı, həm də hökumətin rəhbəri sayılacaq. Dəyişikliyə əsasən, prezident nazirləri, hökumət üzvlərini, ali məhkəmə hakimiyyətinin bir sıra üzvlərini, yüksək rütbəli bürokratik aparat təmsilçilərini və vitse-prezidentləri təyin edəcək. Artıq Türkiyənin dövlət büdcəsini də prezident administrasiyası hazırlayacaq. Əgər parlament prezidentin təklif etdiyi büdcə qanununu qəbul etməsə, o zaman bir il öncəki büdcə qanunu növbəti ildə də qüvvədə olacaq. Bəzi araşdırmaçılar belə hesab edirlər ki, parlamentli sistem, xüsusən də inkişaf etməmiş ölkələrdə prezident üsul-idarəsindən daha üstündür.
Lakin Türkiyə xalqı sistem dəyişikliyinə "hə” deyibsə, deməli, bu qəbul edilməlidir”.
Siyasi şərhçinin fikrincə, Türkiyədə yeni qəbul olunan prezidentlik sistemini müəyyən qədər Fransa və ABŞ-dakı prezident üsul-idarəsi ilə müqayisə edirlər: "Ancaq Türkiyənin yeni sistemində ABŞ-da olduğu qədər məhkəmə hakimiyyəti müstəqil deyil. Bundan başqa, icra hakimiyyətinin üstünlüyü tanınmır. Məsələn, ABŞ-da Konqres büdcəni qəbul etməsə, o zaman hökumət fəaliyyətini dayandırmalı olur. Ali Məhkəmə və nazirləri prezident təyin etsə də, onlar yalnız Konqres tərəfindən təsdiqləndikdən sonra səlahiyyət əldə edirlər. Türkiyədəki dəyişikliyə əsasən, prezident partiya sədri ola bilər.
Eyni zamanda 5 il müddətinə yalnız iki dəfə seçilə biləcək. Lakin prezidentin ikinci müddətində parlament növbədənkənar seçki qərarı verərsə, o zaman fəaliyyətdə olan prezident 3-cü dəfə namizədliyini verə bilər. Bir sözlə, ciddi dəyişikliklər baş verir. Təbii ki, bütün bunları həyata keçirmək elə də asan olmayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət