Canlı bombaçı sandılar: çarşafın altından kişi çıxdı

Türkiyənin Ordunun Ünye qəsəbəsində, bir ictimai paylaşım saytında tanış olduğu qadınla görüşməyə çarşaf geyərək gedən evli kişi vətəndaşların canlı bombacı xəbərindən sonra   nəzarətə alındı.
Vətəndaşlar, avtobus dayanacağında cib telefonuyla danışan çarşaf geymiş adamın kişi olduğunu fərq etdi. Şəxsin vəziyyətindən şübhələnən vətəndaşlar, bu adamın canlı bombaçı  ola biləcəyi düşüncəsiylə polisə xəbər verdi.
Hadisə yerinə gələn təhlükəsizlik gücləri, şəxsə müdaxilə edərək üzərindəki çarşafı çıxartdı. Polis, vətəndaşların reaksiya verdiyi adamı nəzarətə alaraq təhlükəsizlik orqanına  apardı. İstintaq nəticəsində, həmin adamın qəsəbədəki  bir benzindoldurma məntəqəsində operator kimi çalışan M. İ. (33) olduğu məlum olub.
Evli olan M.İ-in ifadəsində, sosial şəbəkə vasitəsi ilə  tanış olduğu qadınla görüşmək üçün hadisə yerində olduğunu, tanınmamaq üçün də çarşaf geyindiyini söyləyib.