Çavuşoğlu: Rusiya buna qarşı deyil...




Rusiya Türkiyə tərəfindən Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına qarşı deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bununla belə, həmin məsələ ilə bağlı Türkiyə və ABŞ arasında böyük qeyri-müəyyənlik var.

Xatırladaq ki, Suriyanın şimalında təhlükəsizlik zonası özündə Suriya-Türkiyə sərhədi boyunca 460 km uzunluğunda ərazini birləşdirir.