Tramp: Ukraynada Zelenskini ittiham edən tanınmış bir qadını həbs etmək istəyirlər

ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini ittiham edən ictimai fəal qadının Kiyev tərəfindən həbs olunmaq istəndiyini bildirib. Tramp həmin qadının “çox tanınmış” olduğunu qeyd etsə də, onun adını açıqlamayıb.

“Bir neçə gün əvvəl axşam televizora baxırdım. Bir qadın Zelenskini ittiham edir. O deyir: “Zelenski bizim kişilərimizi öldürür. Kişilərimiz həlak olur. Kişilərimizin ayaqları yoxdur. Onlar psixiatriya müəssisələrindədirlər”. O, Ukraynadan danışır. Bu qadın çox tanınmışdır. Onu həbsə atmaq istəyirlər”, - deyə Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Artem Dmitruk Zelenskini öz xalqına qarşı soyqırım törətməkdə günahlandırıb. Deputatın sözlərinə görə, söhbət Ukrayna güc strukturlarının hərəkətlərindən gedir.

Dmitruk enerji böhranı fonunda Dnestryanıda insanların həlak olmasından sonra da Vladimir Zelenskini sərt tənqid edib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl Zelenskini Ukrayna məsələsi üzrə danışıqlar aparmaq üçün uyğun şəxs hesab etmədiyini bildirib və başqa bir namizədin tapılmasına çağırıb.