Cəlilabadda ağır qəza: 1 ölü, 6 yaralı





Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Shacman” markalı yük maşını ilə mikroavtobus toqquşub. Ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.

***

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində yaralıların sayı 6 nəfərə çatıb.
Yaralılardan ikisi Cəlilabad, digər 4-ü isə Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon Bədəlan kənd sakinləri - 1995-ci il təvəllüdlü Səmədova Gülər Nadir qızı və 2017-ci il təvəllüdlü Səmədov Məhəmməd Afiq oğlu, həmçinin Masallı rayon Kolatan kənd sakinləri - 2003-cü il təvəllüdlü i Quliyev Akşin Ehtiram oğlu və 1998-ci il təvəllüdlü Əbülfəzzadə Şəfa Qasım qızı Masallı xəstəxanasına, 1987-ci il təvəllüdlü Cabbarova Günəş, eyni zamanda azyaşlı Sadıqova Səbiyyə Şəmşad qızı isə Cəlilabad xəstəxanasına çatdırılıb.

Masallıya aparılan yaralıların vəziyyətləri orta-ağırdır.

Dünyasını dəyişən bir nəfərin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib. Vəziyyəti ağır olan bir nəfər də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.