" “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın hərtərəfli uğurlarına yol açır"





"Azərbaycanın təbii qaz ehtiyatlarının dünyaya çıxarılması, enerji sahəsində özünün infrastrukturunu dünya infrastrukturuna bağlaması müsbət haldır”.

Bunu "Sherg.az”a Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihə - "Cənub Qaz Dəhlizi” haqqında danışarkən millət vəkili Fazil Mustafa söyləyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycanın hərtərəfli uğurlarına yol açır:

"Bu tip layihələrin vaxtında gerçəkləşdirilməsi, iqtisadi vəziyyətin düzəlməsinə, iqtisadi resurslardan imkanların genişlənməsinə şərait yaradır.

Azərbaycanda təbii enerji ehtiyatları kifayət qədər uzun müddət istifadə edilə bilər.

Ona görə, indidən bu resursların bazara çıxarılması Azərbaycanın yeni fürsətlər əldə etməsi deməkdir”.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Aysel Aslan