
Türkiyə, erkən yaşda həyatını itirən Mustafa Koç üçün ağladı. Bir çox əhəmiyyətli adların olduğu cənazə mərasimində iki gənc diqqət çəkdi.
Onların hekayələrini isə "Yeni yüz yıl" qəzetindən Onur Barış bu sözlərlə paylaşdı: O, dünyanın min üçüzüncü zəngini. Türkiyədə hər on adamdan birinin müdiri, Türkiyənin xaricə satdığı 10 maldan birinin sahibi… Marmara Universiteti İlahiyyat fakültəsi məscidində təhlükəsizlik tədbirləri üst səviyyədə idi. Təhlükəsizlik gücləri haqlı olaraq Türkiyənin ən əhəmiyyətli simalarından birinin son mənzilə yola salınmasında diqqətli idi. Çox geniş bir təhlükəsizlik çevrəsində minlərlə adam onu yola salmaq üçün orada idi. Soyuqdan titrədiyimiz ayaqqabılarımızın içində ayaqlarımızı qızışdırmağa çalışdığımız bir gündə bütün bu təhlükəsizlik tədbirinin xaricində çılpaq ayaqlı iki adam diqqətimi çəkdi. Cənazəni yola salmaq üçün gələn kütlənin arasından və min bir müxtəlif çətinliklə girdiyim barrikadadan çıxıb nəfəsi bu iki gəncin yanında aldım. (Milliyet.com)
Danışmaq üçün yanlarına getdiyim zaman cənazə namazı başlamışdı və əllərini dua üçün yuxarı qaldırmışdılar. Namaz bitən zaman danışmaq fürsəti əldə etdim. Əvvəl adlarını soruşdum, tanış oldum. Vedat Kaymaz və İlker Hurmaz adında iki yoldaş Mustafa Koçu küçədən tanıdıqlarını söylədi. Çılpaq ayaqlarına baxaraq danışan Vedat, "Küçədə qaldığımız zamanlar bəzən Ortaköydə, bəzən də Nişantaşında bizi çağırıb, pul verirdi. Xeyriyyəçi bir insan idi. Bizim kimilərin halını anlardı. Öldüyünü eşidəndə çox kədərləndik" deyir. Bu sözlərin təsiri altında təhlükəsizlik səddinin digər tərəfinə keçərkən dünyanın 1300-cü zənginin nə qədər geniş bir ürəyə sahib olduğunu öyrənmişdim. Həyatda buraxılan izlərin insanın son mənzilə yola salındığı vaxta qədər onunla birlikdə olduğunu düşündüm. Yılmaz Ulusoyun dediyi kimi "O Türkiyənin gülən üzü idi…".