"Çimərlik hovuzlarında dəri xəstəlikləri törədən infeksiyalar ola bilər !" - DİQQƏT !

Adil Qeybulla: "Diqqət etmək lazımdır ki, süni nəfəs yollarına, ağız boşluğuna bu sudan daxil olmasın. Suyun ilkin mənbəyinin təmizliyinə və xlorla bütün suyun təmizlənməsinə riayət olunmalıdır"


"İnsanların istirahəti üçün nəzərdə tutulan çimərlik hovuzlarının suyu mütləq xüsusi şəkildə təmizlənməlidir”.

Bunu "Sherg.az”a yay aylarında istirahət mərkəzlərində fəaliyyət göstərən hovuzların təmizliyinin qorunması qaydalarını izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, suyun təmizlənməsi xlorla aparılır:

"Düzdür, içməli su hövzələrində xüsusi maddə var ki, təmizləmə işlərində istifadə oluna bilər. Amma Sabirabad rayonu ərazisində hazırda aparılan araşdırmalarda xüsusilə Kür və Araz hövzəsində suyun təmizlik göstəricilərinin xeyli pis olduğu məlum olub.

Bir var bakterial təmizlik anlayışı, bir də var ki, suyun tərkibinin müxtəlif maddələr, ağır metal duzlar, kimyəvi tullantılar və s. ilə zəngin olması. Diqqət etmək lazımdır ki, süni nəfəs yollarına, ağız boşluğuna bu sudan daxil olmasın. Suyun ilkin mənbəyinin təmizliyinə və xlorla bütün suyun təmizlənməsinə riayət olunmalıdır.

Bundan başqa suyun dəyişdirilməsi də vaxtlı vaxtında həyata keçirilməlidir. Yaxşı olar ki, ən azı gündə bir dəfə hovuzların suyu dəyişdirilsin. Çünki insanlar orada çimirlər. Dəri xəstəlikləri törədən müxtəlif infeksiya və mikroblarla həmin su hövzələri dolur. Ona görə, insanların sağlamlığı üçün hovuzların təmizliyi önəmlidir”.

Aysel Aslan