Çində ət qıtlığı var

100 min klon inək hazırlanacaq



Hazırda Çində ev heyvanları - at, it və inəyin milyonlarla klonunu istehsal etmək məqsədilə fabrik tikilir. "Şərq” qəzeti Fransanın "L’OBS” saytına istinadən xəbər verir ki, bu barədə Çin mətbuatı xəbər yayıb.

Məlumata görə, 2 yüz milyon (29 milyon avro) investisiya yatırılmış laboratoriya ən müasir avadanlıqlarla təchiz edilib: "Bu layihə Çinin "Boyalife” adlı bitexnoloji mərkəzi və Cənubi Koreyanın "Sooam Biotech” müəssisəsi tərəfindən həyata keçirilir. "Boyalife”nin prezidenti Xu Xiaşun bildirib ki, zavod gələn il paytaxt Pekinin 150 km-də yerləşən Yianjin şəhərində fəaliyyətə başlayacaq və ilk olaraq yüz min inəyin klonunun hazırlanması nəzərdə tutulur: "Çinin fermerləri ölkədə ətə olan tələbatı ödəyə bilmirlər. Bu baxımdan həmin istehsal müəssisəsini yaratmağı qərara aldıq”. Müəssisə rəhbəri onu da əlavə edib ki, Cənubi Koreya müəssisəsinin internet saytında potensial müştərilər üçün hər şey tam detalları ilə izah olunub: "Çünki sosial şəbəkələrdə, əksər internet istifadəçisi klon heyvan ətinin keyfiyyətsizliyindən ehtiyatlanırlar. Ona görə də, müəssisənin rəsmi internet saytında bütün sualların cavabları var. Oradan baxıb, tanış ola bilərlər”.

Ayyət Əhməd