Cipin içində ölü tapıldılar

İntiharmı, cinayətmi?




İstanbulda 5 gün əvvəl ailəsinin polisə itkin kimi müraciət etdiyi 19 yaşlı Melisa Kürceyi sevgilisi olduğu iddia edilən 42 yaşlı Çingiz Tosun ilə birlikdə Ömərli Anbarı ətrafındakı meşəlik sahədə bir cipin içində ölü tapıldı.

Cipin içində 7.65 diametrində bir tapançaya da rast gəlindi. Araşdırmada hər ikisinin bu tapançayla vurularaq öldükləri təyin olundu. Polis, Çingiz Tosunun Melisanı öldürdükdən sonra eyni silahla intihar etmiş, ya da hər ikisinində cinayətə qurban getmiş olma ehtimallarını araşdırır.