Yamal - türkcədə dünyanın sonu mənasını verir. Şimal Qütb dairəsinin Yamal yarımadasında yaşayan bu insanlar, maral təsərüfatı ilə məşğul olurlar. Yamal yarımadasının 700 km.lik hissəsi Rusiyaya aiddir.
Burada 2002-ci ilin statistikasına görə, 40 mindən çox nenets yaşayır. Onların tək məqsədləri həyatda qalmaqdır. Ən fərqli xüsusiyyətləri əti çiy-çiy yemələridir. Dondurucu soyuqda yaşayan nenetslər, müasir həyatı rədd edirlər. 21-çi əsr həyatından uzaq olan bu tayfa üzvlərinin çoxu cib telefonuna və generatora sahibdir. Maral sürüləri saxlayan nenetslər otlaqlarını itirmək istəmədikləri üçün bölgədə quruluşlara qarşı çıxır.
Nenetslər heyvanlarını otarmaq üçün bəzən 100 kilometr yol gedirlər. Ancaq, burada əsrlər boyu yaşayan nenets xalqı üçün maralala baxmaq yalnız iş və dolanma deyil, eyni zamanda həyatın mənasını ifadə edir. Nenetslər ənənəvi olaraq şimal marallarına baxan köçəri bir xalqdır. -50 dərəcəyə çatan soyuqlarda çadırlarda yaşayan nenetslər, dinclik içindəki həyatlarını dünyadakı enerji böhranı səbəbiylə itirmək üzrədirlər. Bir vaxtlar Stalin tərəfindən qətliama məruz qalan nenetslərin olduğu bölgə artıq dünya üçün çox əhəmiyyətlidir. Dünyanın məlum olan təbii qaz ehtiyatlarının dörddə biri burada var. Uzun illər dünyadan ayırı yaşamağı seçən nenetslər təbii qaz ehtiyatı səbəbiylə tikilən relslərlə artıq dünyayla iç- içədirlər. Nenetslər Rusiyanın az rast gəlinər bir gözəlliyə sahib Yamal yarımadasında yaşayarlar. Ren marallarının ətlərini satan Nenetslər, heyvanların buynuzlarını da Çinə ixrac edirlər. Nenetsli gəlin namizədlər üçün Türkiyədəki kimi başlıq pulu tələb edirlər.