Coca-Cola Yaponiyada spirtli içkilər buraxacaq





"Coca-Cola"-nın amerika qrupu Yaponiyada bir növ köpüklü kokteyli xatırladan spirtli içki buraxacaq.

"Sherg.az" "Le Figaro.fr"ə istinadən xəbər verir ki, bu içki növündən qadınlar da rahatlıqla istifadə edə biləcək.

125 yaşlı qrupun spirtli içki istehsalına başlaması ilk addımdır.


"Chuhai" adlanacaq içkilərdə spirtin dozası çox güclü olmayacaq. Spirtliliyi 3 -9 faiz arasında olan bu içki növünü qadınlarla yanaşı gənclər də istifadə edə biləcəklər.

Tərcümə etdi:Ayyət Əhməd