
Dağınıq skleroz 30-35 ildən sonra əlilliyə səbəb olur
10:04 30.05.2019
Arxiv
995
Dağınıq skleroz sinir sisteminin iltihabi xəstəliyidir. Xəstəlik baş və onurğa beyninin sinir hüceyrələrinin örtük qişasının, yəni mielinin zədələnməsi nəticəsində özünü büruzə verir.

Autoimmun xəstəlik olan dağınıq skleroz 18-50 yaş aralığında və əsasən qadınlarda rast gəlinir. Nadir hallarda 50 yaşdan sonra qeydə alınır. Xəstəlik xarici mühit amilləri - viruslar, ekoloji və coğrafi amillər və irsi meyilliliyin qarşılıqlı təsiri nəticəsində yaranır. Simptomları bədənin müxtəlif yerlərində kəskin və xroniki ağrılar, keyimələr, ikigörmə, zəiflik, başgicəllənmə və s. ilə xarakterizə olunur. Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər. Bunlardan hərəki, avtonom, hissi və görmə problemlərinə daha çox rast gəlinir. Xəstələrin 90 faizində piramid traktın zədələnməsi qeydə alınır. Aşağı ətraflar yuxarı ətraflara nisbətən daha çox zədələnir. Aşağı ətraflarda hemi, para və tetraparez müşahidə olunur. Bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti 20 ildən sonra sərbəst hərəkət edə bilmirlər. Dağınıq skleroz orta hesabla 30-35 ildən sonra əlilliyə səbəb olur. Əlilliyin səbəbi də yerişin pozulması, parezin əlamətləridir. Dağınıq skleroz nadir hallarda ölümə səbəb ola bilər.
Bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Aygün Haqverdiyeva məlumat verib.
"Xəstəlik kəskinləşmə və remissiya dövrlərindən ibarətdir. Kəskinləşmə dövrdə hormonal müalicə tətbiq olunur. Remissiya dövründə isə immunoqlobulinlərlə müalicə aparılır ki, bu da kəskinləşmə dövrünü gecikdirmək məqsədi daşıyır.
Xəstəyə ilk əvvəl diaqnoz qoymaq çətindir. Belə ki, dağınıq skleroz başqa xəstəliklərin altında gizlənir. Xəstəliyin kliniki əlamətləri özünü göstərəndən qısa müddət sonra dayanır. Bir müddətdən sonra isə yenidən bərpa olunur. Hər dəfə təkrarlandıqdan sonra simptomların hər hansı biri özünə yer eləyir və davamlı olur”, - deyə mütəxəssis bildirib.
Həkim-nevroloq qeyd edib ki, xəstəliyin diaqnozu maqnit rezonans tomoqrafiya müayinəsi nəticəsində təsdiq oluna bilər: "Diaqnoz təsdiqləndikdən sonra xəstəyə vəziyyəti uyğun dillə başa salmaq lazımdır ki, depressiyaya düşməsin. Çünki bu xəstəlikdən əziyyət çəkənlər ağır depressiyaya düşürlər. Onlara həm ailə, həm də psixoloq tərəfindən dəstək lazımdır. Xəstəliyin axırıncı mərhələsində xəstənin psixoloji durumu da dəyişə bilər. Erkən müalicə dağınıq sklerozun kəskinləşməsinin qarşısını almağa kömək edir. Cavan adamlar müalicəyə daha effektiv reaksiya verirlər. Orqanizmin müalicəyə cavabından və xəstəliyin gedişatından asılı olaraq əlilliyin qarşısını almaq qismən mümkündür”.
A.Haqverdiyeva Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsini dövlətin öz üzərinə götürdüyünü və proqramlar qəbul olunduğunu da diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm