Daha bir rayonun icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM





Prezident İlham Əliyev daha bir rayonun icra başçısını işdən çıxarıb. 

"Sherg.az" AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Ramiz Qəni oğlu Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Binəqədi rayonunun, eləcə də Naftalanın icra başçıları işdən çıxarılıb.