“Danışıqlar prosesinin uzanması Ermənistanın xeyrinə olmayacaq” - AKTUAL
13:11 03.06.2019
Arxiv
686
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan Ordusunun zabiti Aqil Omarov qətlə yetirildi. Şübhəsiz ki, təxribatın törədilməsində məqsəd Ermənistan tərəfinin cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq və 25 ildir davam edən münaqişədə mövcud status -kvonu qoruyub saxlamaqdır.
Düşmənin bu addımı bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil. Onların sülh, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür.
Vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə "Sherg.az”a açıqlamasınmda qeyd edib ki, artıq həmsədrlərin regiona gəlişi ilə bağlı məsələlər ciddi əhəmiyyət kəsb etmir. Hazırda danışıqlar prosesi ləngiyir. Səbəb Ermənistanın Baş naziri Nikol Paşinyanın verdiyi vədlərdən yayınmasıdır:
"Hazırda nikbinlik haqqında nəsə demək olmaz. Çünki, son aylar problemin həlli istiqamətində nikbin fikirlər yalnız Azərbaycan tərəfindən səslənir. Ermənistan tərəfindən bunu görmək mümkün deyil.
Paşinyan elə düşünür ki, danışıqlar prosesini uzatsa, o vaxt udacaq və bu müddəti Ermənistanda "iqtisadi islahatlar”a sərf edəcək. Amma Ermənistan tərəfi bilməlidir ki, danışıqlar prosesinin uzanması onların xeyrinə olmayacaq, əksinə cəbhə xəttində gərginlik müşahidə olunacaq. Onlara göstərmək lazımdır ki, Paşinyan yürütdüyü dəsti- xətt uğurlu deyil və heç bir nəticə verməyəcək”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol