Daxili Qoşunlar komandanının birinci müavininə general rütbəsi verildi





Prezident İlham Əliyev Tofiq Hüseynova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tofiq Hüseynov Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisidir.