DÇ-2018: Misir – Uruqvay - 0:1





Bu gün dünya çempionatında növbəti oyunlar keçirilir.

Apasport.az saytının məlumatına görə, azarkeşlər bu dəfə 3 qarşılaşmaya şahidlik edəcəklər.

İlk olaraq meydana Misirlə Uruqvay çıxıb. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsində azarkeşlər tək qola şahidlik ediblər. Birincilərin lideri Məhəmməd Salahın meydana çıxmadığı oyunda 90-cı dəqiqədə Ximenezin vurduğu qol Uruqvaya 3 xal qazandırıb.

A qrupu

Misir – Uruqvay - 0:1

Qol: Ximenez, 90