Debata razılaşıblar: 16 iyunda canlı yayımda üz-üzə gələcəklər

İstanbulda iyunun 23-də keçiriləcək bələdiyyə sədrliyinə seçkilərə çox az zaman qaldı. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hakim partiyanın namizədi Binəli Yıldırımla CHP-nin adayı Əkrəm İmamoğlu artıq tele - debata da razılaşıblar. Bütün kanallara açıq olacaq ortaq yayım 16 iyunda gerçəkləşəcək. 
Türkiyə vaxtı ilə bazar günü saat 21.00-da canlı yayımlanacaq debatın moderatorluğunu İsmail Küçükkaya edəcək.
Turan