Dəmir-dümürlərdən özünə biyonik qol icad etdi

İndoneziyada, beyin qanaması səbəbiylə sol qolu iflic olan bir qaynaqçı, dəmir-dümürlərdən yığdığı vəsaitlə özünə biyonik qol icad etməyi başardı.
İndonezyanın Balı şəhəri yaxınlığndakı bir kənddə yaşayan Vayan Sumardana adlı qaynaq işçisi, özünə elektronik qol düzəltdi. 6 ay əvvəl yaşadığı beyin qanaması səbəbiylə sol qolu iflic olan Sumardana, işini davam etdirə bilmək üçün, dəmir-dümürlərdən yığdığı metalları internet vasitəsi ilə apardığı araşdırmaların köməkliyi ilə biyonik qola çevirməyi bacardı. Fantastik elmi filmlərdən çox, "Mad Max” filmlərindəki qəribə dəmir-dümürləri xatırladan 31 yaşlı Sumardananın biyonik qolu, baş dərisinə bağladığı elektrodlardan gələn siqnalların köməyi ilə hərəkət edir. Sumardana, bu qol sayəsində qolunu istədiyi kimi hərəkət etdirib, ehtiyac duyduğu vəsaitləri əliylə tuta bilir.