Deputat: "Azərbaycanda qeydiyyatdan keçmiş partiyaları sonradan kimsə alır"
10:47 26.01.2016
Arxiv
545
"Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar vermişik”.
Bunu APA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında” qanuna və bundan irəli gələrək digər qanunvericiliyə dəyişikliklərin edilməsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. S. Novruzov deyib ki, bununla bağlı dünya təcrübəsi əsas götürüləcək: "Məsələn, dünya təcrübəsində də var ki, partiya yaranandan sonra iki ildə heç bir siyasi prosesdə iştirak etmirsə, avtomatik bağlanır. Yeni hüquqi baza yaradarkən bunları nəzərə alacağıq. Bizdə bəzi partiyalar funksiyalarını yerinə yetirmir, alqı-satqı bazasına çevrilir. 90-cı illərdə Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyanı sonradan kimsə alır, kimsə nəsə edir. Bir sıra partiyalarda artıq məhkəmə çəkişmələri başlayıb. Bir tərəf deyir ki, partiyanın adı, möhürü mənə aiddir, digər tərəf isə ona aid olduğunu iddia edir. Biz bütün bunların hamısını qanunla tənzimləməliyik”.
Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S. Novruzov bildirib ki, yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi