Deputat işığa qoyulan limitin ləğvini istədi: “O insanların vəziyyəti heç də yaxşı deyil”





Milli Məclisin bu gün keçirilən iclasında elektrikə qoyulan limitin ləğvi tələb edilib. Sherg.az-ın xəbərinə görə, deputat Fazil Mustafa xatırladıb ki, parlamentdə qazın limitinin aradan qaldırılması ilə bağlı məsələ qaldırmışdı:

"Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır. 

Çünki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti heç də yaxşı deyil. Yay mövsümü kondisioner, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit aradan qaldırılmalıdır”.

Anar