Deputatlar Rusiya parlamentinin sədrinə müraciət hazırladılar: "Bu səfər bizi vadar etdi"



"Milli Məclisin deputatlarının oktaybrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb”.

Sherg.az bildirir ki, bu sözləri parlamentin iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

"Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.
Anar