
Dərmandan zəhərlənmələrin SƏBƏBLƏRİ GÖSTƏRİLDİ
12:36 03.06.2019
Arxiv
1913
Yevlaxda bir ailənin iki azyaşlı uşağı dərmandan zəhərlənib. Uşaqlar halsız vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı onların dərmandan zəhərləndiyi məlum olub.Yaxınlarının bildirdiyinə görə, uşaqlar ehtiyatsızlıqdan evdə olan "Valerian” preparatını içiblər.
Dərmandan zəhərlənmələrlə bağlı dəfələrlə mətbuatda yazılsa da belə halların ardı-arası kəsilmək bilmir. Bəzi zəhərlənmələr ehtiyatsızlıqdan, bəziləri isə canına qıymaq istəyənlərin qəsdlə dərman qəbulu zamanı baş verir. Bəs, dərman preparatlarının keyfiyyətsiz olmasını zəhərlənməyə səbəb olan amil kimi qeyd edə bilərikmi?
Sualımızı cavablandıran həkim-allerqoloq Şahvələd Məmmədov "Sherg.az"a bildirdi ki, ümumiyyətlə, yay aylarında zəhərlənmə halları tez-tez baş verir.
Həkim sözlərinə görə, dərman zəhərlənmələr iki xarakterli olur:

"Biri özünə qəsd etmə məqsədi ilə olan zəhərlənmələrdir. Xəstə müəyyən miqdarda tabletkaları qəbul edir və əks təsir olaraq zəhərlənmə qeydə alınır. Bazarda kifayət qədər dərmanlar var. Bu dərmanların hamısı Səhiyyə Nazirliyinin analizator şöbəsində analizlərdən keçir və satışa buraxılır. Dərman allergiyası və zəhərlənməsi ayrı-ayrı anlayışlardır. Məsələn, hansısa dərman keyfiyyətsizdir və yaxud qablaşdırması standarta uyğun deyilsə, müəyyən problemlər yaranır. Əslində Azərbaycanda belə bir hal yoxdur. Dərmanların hamısı nazirlik tərəfindən sertifikalaşdırılır və analiz olunur, daha sonra isə bazara buraxılır.
Ona görə də hazırda zəhərlənmələr keyfiyyətsiz dərmanların dövriyyədə olduğunu göstərmir. Ən çox zəhərlənmələr suitik məqsədli zəhərlənmələrdir. 21 əsrin bəlası olan stress və sosial iqtisadi problemlərlə bağlı insanlar gərginlik keçirirlər. Həmin insanlar ovucla dərmanları atırlar və özlərinə qəsd edirlər. Bu zaman da zəhərlənməyə məruz qalırlar. Amma kütləvi halda dərman zəhərlənməsi yoxdur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol