DİM dövlət orqanlarındakı vəzifələr üçün ELAN VERDİ
08:47 02.08.2019
Arxiv
457
Avqustun 2-də 12 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
Bu barədə "Sherg.az"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə orqanında olmaqla elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) 42 vəzifə isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliklərinin Aparatlarında şöbə müdiri vəzifələridir. Ümumilikdə, Kənd Təsərrüfatı Nazirliyində 13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 15, Dövlət Statistika Komitəsində 5, Gəncə Hərbi Məhkəməsində 1, Maliyyə Nazirliyində 3, Milli Arxiv İdarəsində 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 5, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2, Şəki Apelyasiya Məhkəməsində 10, Təhsil Nazirliyində 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 6 vəzifə olmaqla 65 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 2 avqust 2019-cu il tarixindən 2 sentyabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət