DİN: Yevlaxdakı qəzada 5 nəfər yaralanıb





DİN Yevlaxda 5 nəfərin xəsarət alması ilə nəticələn qəza ilə bağlı məlumat yayıb.

 DİN-in mətbuat xidmətindən "Sherg.az"a verilən xəbərə görə, 11 mart 2018-ci il tarixində saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub. 

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.