"DİNLƏ ELMİN bir-birindən uzaqlaşdırılması yanlışdır" - İLHAHİYYATÇI




"Azərbaycanda mədrəsələr yaradılarsa, orada təbiət elmləri də tədris olunmalıdır".

Bunu Sherg.az-a ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, hazırda ən mühüm problemlərdən biri odur ki, dinlə elm anlayışı bir-birindən uzaqlaşdırılır:"

 Lakin bu tamamilə yanlış yanaşmadır. "Quran”ın özü bir elmdir və onu digər elmlərlə qarşılıqlı şəkildə öyrənilərsə, yalnız o zaman dərk edilə bilər. Mədrəsələrdə təbiət elmlərinin, biologiya, fizika, kimya kimi fənlərin öyrədilməsi "Quran" ayələrinin mənimsənilməsinə daha effektiv təsir edəcək”.

Aysel Aslan