Yığmanın Millətlər Liqası statistikası – diqqət çəkən rəqəmlər

Azərbaycan yığması UEFA Millətlər Liqasında D Liqasının II qrupunda 5 xalla liderdir.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv keçirdiyi üç matçda 1 qələbə qazanıb, 2 heç-heçə edib.

Milli komanda bu görüşlərdə iki qola imza atıb. Bu, ortalama oyuna 0.67 qol deməkdir. Yığma 5 görüşdə 157 dəfə top qazanıb. Milli bu göstəricidə turnirdə ilk “10-luq”dadır.

Yığmanın ümumi topla oynama faizi 54.34-dür. Ötürmə dəqiqliyi isə 79 faizdir.

Milli komanda 5 görüşdə ümumilikdə 331.98 km məfasə qət edib. Bu, hər oyuna ortalama 110.67 km-dir.

3 matçda “çərçivə”ni qoruyan Emil Balayev 5 seyvlə diqqət çəkib.

Turnirdə millinin oyunçuları 9 dəfə sarı, 1 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

3 oyunda qapıya 48 dəfə zərbə endirən yığmanın futbolçuları bunların 16-sında dəqiqliyi ilə seçilib. 22 zərbə “çərçivə”dən yan keçib, 10-u isə bloklanıb. 10 künc zərbəsi yerinə yetirən oyunçular 3 dəfə də ofsayda düşüb.

Milli son oyununu noyabrda Lixtenşteynə qarşı səfərdə keçirəcək.