İ.Cavadova onu da əlavə edib ki, məlum dələduzluqla üzləşənlər hüquq- mühafizə orqanlarına müraciət edə bilərlər:
DİQQƏT ! Divarlardakı iş elanlarına aldanmayın ! - Dələduzluq
10:59 09.03.2018
Arxiv
1289
"İnsanlar divarlara iş elanı yazan işbaz agentliklərə deyil, Dövlət Məşğulluq İdarəsinə (DMİ) müraciət etsələr daha yaxşı olar".
Bu sözləri "Sherg.az”a saxta iş agentliklərindən danışarkən vəkil İradə Cavadova söyləyib.
Onun qənaətincə, DMİ ona görə fəaliyyət göstərir ki, insanlar işbazlarla rastlaşmasın:
"Rəsmi qurum olaraq orada vətəndaşlar aldana bilməz. DMİ-də müxtəlif şöbələr var. Hansısa strukturlara işci lazım olanda onların orada siyahısı var. Vətəndaşlar ora müraciət edərək işlə təmin oluna bilir. DMİ iş yerləri üçün məlumatlı olur. DMİ vasitəsilə iş tapmaq mümkündür. İş təklif edən müəssisələr ora rəsmi olaraq məlumat göndərir. Özlərinə sağlam iş axtaran insanlar DMi-ə müraciət etsələr, yaxşı olar. Bu yolla aldadılma kimi hadisələr baş vermir. Amma bütün agentliklərin insanları aldatmaqları ilə ittiham etmək olmaz. Yox əgər vətəndaşlar hər hansı bir agentliyə müraciət edərkən, dələduzluqla qarşılaşarsa, bununla bağlı şikayət etməlidir. Agentlik əvvəlcədən pul alırsa, bu, şübhəli məsələdir. Agentliklərin bəziləri adam yığır, onlara iş təklif edir. Onlardan iş vermək müqabilində müəyyən miqdarda - 10, 15, 20 manat məbləğində pul alırlar. Buna görə də, vətəndaşlar aldandıqları zaman pulunun arxasınca gedib, tələb etmir. Bununla da həmin şirkətlər pul qazanırlar".
İ.Cavadova onu da əlavə edib ki, məlum dələduzluqla üzləşənlər hüquq- mühafizə orqanlarına müraciət edə bilərlər:"Bir insanı işə götürmək adı ilə aldadırlarsa, bununla bağlı ciddi qanun işləyir. Belə hadisə baş verdikdə həmin saxta agentliklər cərmələnir. Ən azından bu məsələ ilə bağlı müvafiq ölçülər götürülür. Deməzdim ki, qanunsuzluq baş alıb gedir. Təkcə Azərbaycanda deyil, bütun ölkələrdə işə düzəltmə agentlikləri ilə bağlı problemlər yaşanır. Bu, Avropa ölkələrində də var. Agentliyi açırlar insanları aldadıb, sonra başqa ad altında fəaliyyət göstərirlər".
Vəkilin sözlərinə görə, insanları çox maaşı olan yerlərdə işə düzəltmək adı ilə də aldadırlar:
" Vətəndaşlardan külli miqdarda pul alıb, onları "Bakcell" , "Azərcell" kimi çox maaşı olan yerlərə düzəldəcəyini bildirirlər. Belə yollarla sadə vətəndaşları aldadıb, pullarını mənimsəyirlər. Vəd etdikləri vaxt bitdikdə isə aradan çıxırlar. Onların adını, soyadını, ünvanlarını rəsmi bilmədikdərinə görə, həmin insalar gizlənir. İnsanları "O insan kimdir, səni necə işə düzəldə bilər ? onun elə bir səlahiyyəti varmı ?” deyərək maarifləndirmək lazımdır. Bir çox strukturlarda işə qəbul test üsulu ilə götürülür. Və bu sənədləri orada boş vakant yeri varsa, sənədləri təqdim edib, intervüyə gedirlər. Bunlara bir az ciddi yanaşmaq lazımdır. Agentliklər xanılmları katibə, ofsiant adı altında işə götürüb başqa istiqamətlərə yönləndirirlər. Həmin yerlərdə xoşagəlməz, əxlaqsız işlər təklif edirlər. Bu məsələ bütün dünyada baş verir. Ali savadı olmayan insanları həmin yerlərdə aldatmaq asan olur. Çünki onlar bu işlərin hüquqi cəhətdən necə olmağını bilmir. Saxta sözlərlə - Davamlı aylıq alacaqsınız aylığınız artacaq” deyə onları öz qurbanlarına çevirirlər. Bu cür məsələlərdə vətəndaşlar gərək diqqətli olsunlar. Əgər insanlar bilsələr ki, agentliklər onları aldadıb, bu zaman həmin ərazi üzrə polisə müraciət etməlidirlər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm