Artıq ölkəmizdə problem həddinə çatan bu məsələ barədə Sherg.az-a danışan kulturoloq Aydınxan Əbilov bütün dünyada istər qadınların, istərsə də kişilərin dünyaya gəldikdə olduğu kimi qalmasının düzgünlüyündən danışıb.
"Dodaqlarını şişirdib, "mən kişi istəyirəm” mesajını verirlər"
15:30 17.02.2017
Arxiv
1433
Son illərdə ölkəmizdə estetik əməliyyatların, məxsusi olaraq burun əməliyyatları artıb. Həmin əməliyyatlar bəzi hallarda uğursuz nəticələnir və Bu da, insanlarda depressiya, əsəb, pessimizmə qapılma kimi gərgin hallar yaradır. Əsasən də gənclər belə vəziyyətləri faciə kimi dəyərləndirir. Sonda isə əməliyyat intiharla nəticələnir. Elə ötən gün Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib. 21 yaşlı Aytən Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib, buna görə intihara cəhd edib.
Artıq ölkəmizdə problem həddinə çatan bu məsələ barədə Sherg.az-a danışan kulturoloq Aydınxan Əbilov bütün dünyada istər qadınların, istərsə də kişilərin dünyaya gəldikdə olduğu kimi qalmasının düzgünlüyündən danışıb. O söyləyib ki, Azərbaycanda xüsusilə orta və aşağı təbəqə nümayəndələri təbiətin, Allahın yaratmış olduğu müxtəlif əzalarını ciddi ehtiyac olmadıqda dəyişməyə çalışmır:
"İnsanın 18-20 yaşına qədər yekə, əyri burnu varsa, nəfəs almağına mane olmadığı təqdirdə bunu dəyişməsini anlaya bilmirəm. Əsasən, incəsənət xadimləri, müğənnilər, aktyorlar, hətta siyasətçi və ictimaiyyət nümayəndələrinin efir və cəmiyyət qarşısında olduğunu nəzərə alsaq, onların öz xarici görünüşlərində dəyişiklik etməsini müəyyən qədər anlamaq olar. Onlar həm də estetik cəhətdən müəyyən zövq bəxş etməlidirlər. Ona görə, həmin insanlar estetik əməliyyat etdikdə bu qəbul olunur. Bütövlükdə isə sadə insanların, xanımların yaxud bəylərin öz burunlarını düzəltməyə, kiçiltməyə çalışmasını, dodaqlarını şişirtməsini anlamaq çətindir.
Bir var ki, qədim peşə sahibləri belə hərəkətlərə yol verə. Bu müəyyən qədər cəmiyyət tərəfindən qəbul olunur. Çünki onlar bir mənada, özlərinə müştəri tapmaq üçün, öz əzalarını bir növ obrazlı şəkildə göstərirlər, "mən müştəri istəyirəm”, "mən kişi istəyirəm” tipli mesajlar verməyə çalışırlar. Amma sadə insanların, son zamanlar el dili ilə desək, kənddən çıxıb gəlmiş, indiyə qədər ata-anası çadraya bürünmüş gənclərin bu yollara əl atması birmənalı qarşılanmır”.
A.Əbilov burun əməliyyatlarının, ümumiyyətlə, estetik əməliyyatların Azərbaycanda həyata keçirilməsi daha mənfi nəticələr verdiyini vurğulayıb. Onun fikrincə, klinikaların böyük problemləri olduğu, həkimlərin püxtələşmədiyi, təcrübənin zəif olduğu ölkədə belə tibbi əməliyyatların ciddiləşdirilməsi istənilən effekti vermir:
"Böyük ölkələrdə bunun üçün ciddi təlimlər keçirlər, praktik bilgilər artırılır. Səhiyyə Nazirliklərinin, dövlətin, tibbi siyasətin ciddi nəzarət mexanizmi həyata keçirdiyi yerlərdə belə insanlar estetik əməliyyatlar etməyə risk etmirlər. Amma Azərbaycanda olan, İrandan, başqa ölkələrdən gəlib, baytar həkimlərin əlində olan, yaxud yerli, heç bir lisenziyası olmayan həkimlərin əllərinə əməliyyatlarını təslim etməyin sonu ya ölümlə nəticələnir, ya da ciddi fəsadları qalır. İnsanlar da bundan depressiyaya qapılırlar, sonra isə özlərinə qəsd etməyə qədər gətirib çıxarır”.
Kulturoloq əlavə edib ki, əlil olmuş bu şəxsləri sadə şəxslər, vergi ödəyiciləri saxlamağa məcbur olur. Çünki onlar bu uğursuz əməliyyatlardan sonra dövlət xəstəxanalarına düşürlər:
"10 minlərlə, 100 minlərlə pulu özəl xəstəxanalara verirlər. Əlil olduqda isə dövlət büdcədən həmin şəxsləri dolandırmalı, saxlamalı olur. Bu da digər vətəndaşların ödədikləri hesabına təmin edilir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya