Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Mədinə şəhərində mülki infrastruktura hücumu ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, AKP rəsmisi bu barədə sosial mediada yazıb.
“Mədinəyi-Münəvvərədə Məscidül-Nəbəviyə xidmət göstərən mülki infrastrukturu hədəfə alan hücumu ən sərt şəkildə qınayırıq. Müqəddəs dəyərlərimizi hədəfə alan hücumlar bütün müsəlmanlara qarşı yönəlmiş qanunsuz əməllərdir. Səudiyyə Ərəbistanının suverenliyini hədəfə alan bu hücumlara və təxribatçı əməllərə son qoyulmalıdır.
Qardaş Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və sabitliyinə güclü dəstəyimizi bir daha bəyan edirik”, - Ömər Çelik vurğulayıb.