Doğuş ləkəsi az qala öldürürdü!

Ethan adlı yeni doğulan körpənin qorxunc doğuş ləkəsi nəfəs borusuna qədər yayılıb. Körpə boğulma təhlükəsi yaşadı. Ailənin kritik qərarı Ethanın həyatını qurtardı.
"Daily Mail”də nəşr olunan xəbərə görə, əkizlər Ethan və Ahren Masters doğulduqları zaman bir-birlərinin eynisi idi. Ancaq həftələr sonra Ethanın üzündə böyük qırmızı bir ləkə çıxdı. Hamiləliyi normal irəliləyən Amanda, 37-ci həftəsində körpələrin hərəkət etmədiyini hiss edib və xəstəxanaya qaçıb. 27 saat davam edən sancıdan sonra əkizlər keysəriyyə ilə dünyaya gəlib. Həkimlər, doğuş zamanı ürək döyüntüləri dayanan Ahren üçün narahatlıq keçirib. 1 ay sonra Ethanın ləkələri ortaya çıxıb. Ethanın doğuş ləkəsi qorxunc bir şəkildə böyüməyə davam edir və nəfəs borusuna qədər yayılır. Nəfəs borusunda 1 mm boşluq qalan körpə az qala boğulurdu. Cərrahların beta blokerleri ehtiva edən yeni müalicəni sınaqlardan keçirmək üçün ailənin icazəsi lazım idi. İngilis ailə, oğullarını qurtarmaq üçün çətin də olsa əməliyyatı təsdiqləyir. Ürək xəstəlikləri və təzyiq müalicəsində istifadə edilən dərmanlardan həftələrlə içəndə təsirini göstərdi və Ethanın doğum ləkəsi getdikcə kiçilməyə başladı.